Sərnişin stüardessanın qolunu dişləyib

Sərnişin stüardessanın qolunu dişləyib

ANA-nın 118 saylı reysi ilə Tokio və Sietl arasında uçan 55 yaşlı sərnişin kabin köməkçisinin qolunu dişləyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisədən sonra ekipajın müdaxilə etdiyi sərnişin təyyarəsi havaya qalxdığı Tokiodakı Haneda hava limanına qayıtdıqdan sonra saxlanılıb. Sözügedən sərnişinin “kabin köməkçisinə zərər vurmaq” maddəsi ilə ittiham ediləcəyi bildirilib. Bildirilib ki, ABŞ vətəndaşı olan şəxs polisin dindirilməsi zamanı təyyarədə yuxu dərmanı istifadə etdiyini və hadisəni xatırlamadığını iddia edib.

Bütün xəbərlər Facebook səhifəmizdə