Putinin “getməsi” özlüyündə danışıqlara başlamaq üçün əsas deyil...

Rusiya ilə sülh danışıqları yalnız rus qoşunları Ukrayna ərazisini tərk etdikdən sonra baş tuta bilər
Putinin “getməsi” özlüyündə danışıqlara başlamaq üçün əsas deyil...

....Radadakı “Xalqın qulluqçusu” fraksiyasının rəhbəri David Araxamiyanın etirafına görə, hələ o vaxt, müharibənin əvvəlində ruslarla İstanbulda keçirilən danışıqlar Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunu qorxuya salıb.

SİA-nın əldə etdiyi məlumata görə, İstanbuldakı danışıqlarda Rusiyanı təmsil edən Şoyqunun müavini Aleksandr Fomin, özündən müştəbeh şəkildə Ukrayna tərəfindən “qüdrətli rus ordusuna qarşı” necə müqavimət göstərəcəklərini soruşub.

Araxamiyanın dediyinə görə, onun Fominə cavabı lakonik və kəskin olub: mülki şəxslərə silah paylamaqla!

Yeri gəlmişkən, Kiyevin mümkün tutulması məsələsi ortaya çıxanda, Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Denis Monastırski, heç bir mexanizm hazırlamağa vaxt olmadığını və sadəcə olaraq insanlara silah paylamaq lazım olduğunu demişdi.

...Bu, insanlar üçün müəyyən psixoloji amil kimi, yəni onların şəhərdən qaçmaması, ruslara qarşı işləyəcəkdi. Çünki onların əlində çoxlu silah olacağı təqdirdə onlar müqavimət göstərəcəkdilər. Təbii ki, ruslar bunu yaxşı anlayırdılar.

...Onu da qeyd edək ki, son vaxtlar bəzi Qərb liderləri Ukraynada müharibənin dayandırılmasına razılıq verməyin vaxtının yetişdiyini mübahisə etməyə başlayıblar. Lakin analitiklərin fikrincə, bu cür düşüncə Rusiyanın məqsədlərinin miqyasını və Kremlin əslində nə təklif edə biləcəyini əldən verir.

Bu gün Baş Kəşfiyyat İdarəsi qeyd edir ki, Kreml uzun müharibənin Rusiya daxilində sabitliyin pozulması riskləri daşımasından narahatdır.

Ukrayna kəşfiyyatının məlumatına görə, düşmən Ukraynanın Qara dənizə çıxışını saxlamaqda da təhlükə görür.

...Ukraynalı müşavir Mixail Podolyakın sözlərinə görə, Rusiya ilə sülh danışıqları yalnız rus qoşunları Ukrayna ərazisini tərk etdikdən sonra baş tuta bilər. Vladimir Putinin Kremldən “getməsi” özlüyündə danışıqlara başlamaq üçün əsas deyil.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə