NATO-nun baş katibi Yens Stoltenberq alyansı tarixin ən uğurlusu adlandırıb. Bundan əlavə, o, mövcud birliyi qorumaq üçün mümkün varisinə müraciət edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Bloomberg yayıb.
...NATO tarixin ən uğurlu ittifaqıdır, çünki fərqliliklərə, fərqli siyasi partiyalara, fərqli coğrafiyalara, Atlantik okeanının hər iki tərəfindəki tarixə baxmayaraq, biz əsas məqsəd üçün birləşə bildik.
Bunu Stoltenberq bildirib.
Onun sözlərinə görə, alyansa üzv ölkələrin hazırkı birliyini qorumaq üçün hər cür səy göstərilməlidir.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl NATO-nun bir neçə yüz peykinin Ukraynanın maraqları naminə Rusiya və onun Silahlı Qüvvələrinə qarşı işlədiyi məlum olmuşdu.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB