Tartu Universitetinin rus professoru casusluqda şübhəli bilinir

Tartu Universitetinin rus professoru casusluqda şübhəli bilinir

Estoniyada Tartu Universitetinin professoru, Rusiya vətəndaşı Vyaçeslav Morozov iki ay müddətinə həbs edilib. O, yanvarın 3-də kəşfiyyat fəaliyyətində şübhəli bilinərək saxlanılıb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Estoniya prokurorluğu xəbər verir.

Estoniya hakimiyyəti müəllimə qarşı irəli sürülən şübhələrin təfərrüatlarını açıqlamır və bunu istintaqın maraqları baxımından izah edir.

... Rusiya kəşfiyyat xidmətləri Estoniyada həyatın müxtəlif sahələrinə, o cümlədən elmi sahəyə də nüfuz etmək istəyini nümayiş etdirir.

Bunu deyən Təhlükəsizlik Polisinin baş direktoru Marqot Palloson, Tartu Universitetinin artıq bu universitetin Şutte İnstitutunda politologiya professoru işləyən Morozovla əmək münasibətlərinə xitam verdiyini elan edib.

Estoniyanın ETIS elmi informasiya sisteminin məlumatına görə, Vyaçeslav Morozov 2010-cu ilə qədər Sankt-Peterburq Dövlət Universitetində çalışıb və bundan sonra Tartu Universiteti ilə əlaqə saxlayıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə