Braziliyanın Rio-de-Janeyro şəhərində leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 11 nəfər ölüb, 2 nəfər də itkin düşüb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Rio-de-Janeyro meri Eduardo Paes axtarış-xilasetmə işlərinin davam etdiyini və şəhərdə “fövqəladə vəziyyət” elan etdiklərini bildirib.
Daşqınlar nəticəsində indiyədək 11 nəfər ölüb, 2 nəfər itkin düşüb.
Səlahiyyətlilər daşqınlar nəticəsində onlarla evin su altında qaldığını və ehtiyacı olan insanlara ərzaq çatdırmağa çalışdıqlarını açıqlayıb.
Məlumatda qeyd olunub ki, leysan yağışları şəhərin şərq rayonlarında bir müddət davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB