İyirmiyə yaxın yük tirləri toqquşub...

İyirmiyə yaxın yük tirləri toqquşub...

...Bu böyük qəzadan sonra yaranan tıxacların sonu görünmür.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, iyirmiyə yaxın yük tirlərinin toqquşması Tatarıstanın M-7 avtomobil yolunda iflic vəziyyət yaradıb.

Deyilənlərə görə, sürüşkən yollarda idarəsiz hala gələn avtomobillər hazırda Naberejnıye Çelnı istiqamətində hərəkəti dayandırıb.

Sürücülərdən birini maşından endirmək lazım olub - onun qarşısını çətinliklə kəsiblər.

Bu, bu gün respublikada baş verən ilk yol-nəqliyyat hadisəsi deyil. Orada əvvəllər iki ölümlə nəticələnən qəza baş verib. Birincidə “Lada”nın sürücüsü xarici avtomobilə çırpılıb. İki nəfər ölüb, biri xəstəxanaya yerləşdirilib.

Başqa yerdə üç xarici maşın qarşılaşıb. Hadisə nəticəsində avtomobillərdən birində olan sərnişin ölüb, 4 nəfər yaralanıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə