...Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı zonasında strateji təşəbbüs tamamilə Rusiya Silahlı Qüvvələrinin əlindədir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Vladimir Putin bu barədə çərşənbə axşamı, 2024-cü il yanvarın 16-da Xidmət Mükafatının qaliblərinin mükafatlandırılması mərasimində bildirib.
Rusiya lideri xatırladıb ki, Ukrayna Silahlı Qüvvələrinin qondarma əks-hücum əməliyyatı açıq şəkildə iflasa uğrayıb, Rusiya Silahlı Qüvvələrinin əsgərləri isə xüsusi hərbi əməliyyatı zonasında öz tapşırıqlarını yerinə yetirməkdə davam edir.
...İndi aydındır ki, təkcə əks-hücum uğursuzluqla nəticələnmir, həm də təşəbbüs Rusiya Silahlı Qüvvələrinin əlindədir. Belə davam edərsə, Ukrayna dövlətçiliyinə düzəlməz, çox ciddi zərbə dəyə bilər. Lakin bu, onların məsuliyyət sahəsidir, bu, onların siyasətinin və idarəçiliyinin nəticəsi olacaq.
Putin bildirib bunu.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB