Yaşar Gülər TBMM-də terrorla mübarizə barədə məlumat verib

Yaşar Gülər TBMM-də terrorla mübarizə barədə məlumat verib

Milli müdafiə naziri Yaşar Gülər ​​baza bölgələrində təhlükəsizlik tədbirlərinin artırıldığını bildirib.

Türkiyə Böyük Millət Məclisinin Baş Məclisində terrorla mübarizə ilə bağlı məlumat verən Yaşar Gülər Türkiyə Silahlı Qüvvələrinin 2019-cu ildə İraqın şimalında başlatdığı pəncə əməliyyatlarının separatçı terror təşkilatı PKK-nın hərəkət qabiliyyətinin qarşısının alınmasında mühüm nailiyyətlər əldə edilməsinə imkan verdiyini vurğulayıb.

SİA-nın əldə etdiyi məlumata görə, “oOrdu orda nə edir?” kimi sualların verildiyini bildirən Gülər ​​deyib:

"(Pəncə əməliyyatları) Əgər biz indi orada olmasaydıq, təşkilatın sərhədlərimizə hücumları əvvəlki kimi davam edəcək və şəhərlərimizdə daha çox itkilərimiz olacaqdı".

Gülər ​​bəyan edib ki, hazırda ölkə daxilindən bir nəfər də olsun şəhid xəbəri yoxdur və baza bölgələrinə bir dənə də olsun hücum yoxdur.

Bu, terroru mənbəyində aradan qaldırmaq strategiyamızın uğurunu nümayiş etdirir.

Yaşar Gülər ​​bölgədəki bazaların təhlükəsizlik tədbirlərini davamlı olaraq artırdıqlarını bildirib:

"Cənub sərhədlərimizdə kimin dəstəkləməsindən asılı olmayaraq, heç bir bəhanə və hər hansı səbəbdən terror dəhlizinin yaradılmasına imkan verməyəcəyik. Ölkəmizin qanuni maraqlarını qorumaq üçün bütün tədbirləri qətiyyətlə həyata keçirəcəyik".

Nazir Y.Gülər "Pəncə" əməliyyatı bölgəsindəki baza bölgələrində PKK terrorçuları tərəfindən 3 min 151 təcavüz və sızma cəhdinin olduğunu, bu hücumlara cavab olaraq İraqın şimalında 1689 terrorçunun zərərsizləşdirildiyini bildirrərək,"Son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmizi davam etdirəcəyik” deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə