Rusiyanın “A-50” ilkin xəbərdarlıq təyyarəsinin məhv edilməsi çox güman ki, Rusiya Federasiyasının münaqişə zonasında “gecə-gündüz” əlaqə saxlamaq qabiliyyətinə təsir göstərəcək.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov “Financial Times”a şərhində bildirib.
...”A-50” vuruldu və partladı... İl-22 çox zədələndi, lakin təəssüf ki, bizim üçün Anapaya təcili eniş edə bildi.
Bunu Budanov bildirib.
Rusiyada yaxşı vəziyyətdə cəmi səkkiz “A-50” olduğunu deyən Baş Kəşfiyyat İdarəsi rəisinin sözlərinə görə, bu təyyarənin məhv edilməsi çox güman ki, Rusiya Federasiyasının münaqişə zonasında “gecə-gündüz” rabitəni idarə etmək və saxlamaq qabiliyyətinə təsir göstərəcək.
Bir daha xatırladaq ki, yanvarın 14-də mətbuatda Ukrayna hərbçilərinin Azov dənizi üzərində Rusiyanın “A-50” təyyarəsini vurması və “İL-22” hava komandanlığı məntəqəsini sıradan çıxarması xəbəri yayılıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB