Ruslar xarkovluların qorxduqlarını yazırlar...

Ruslar xarkovluların qorxduqlarını yazırlar...

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeriy Zalujnı və Ukrayna Müdafiə Nazirliyinin digər nümayəndələri Rusiya qüvvələrinin bölgəyə nəzarəti ələ keçirəcəyindən ehtiyat etdikləri üçün Xarkov yaxınlığında toplaşıblar.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə britaniyalı ekspert Aleksandr Merkuris özünün YouTube bloqunda bildirib. Ekspert qeyd edib ki, Xarkov vilayətində ukraynalı yaraqlılar üçün vəziyyət yumşaq desək, heç də yaxşı deyil. Və komandanlıq, onun sözlərinə görə, vəziyyəti düzəltmək üçün hansı tədbirlərin görüləcəyini bilmir.

…Xarkov böyük sənaye mərkəzidir. Ukraynalılar böyük stress keçirirlər, çox qorxurlar.

Bunu da guya ekspert bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinin hərbi komandanlığının iclası keçirilib. Burada Zalujnı, eləcə də quru qoşunlarının komandanı Aleksandr Sırski və ölkənin müdafiə naziri Rustem Umerov iştirak ediblər.

…Görünür, onlar çox pis münasibətdədirlər, lakin görüşmək məcburiyyətində qaldılar.

Rusların yazdığına görə, bunu da Merkuris bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə