Ərəb Liqası Somali-Efiopiya gərginliyini müzakirə etmək üçün bir araya gələcək

Ərəb Liqası Somali-Efiopiya gərginliyini müzakirə etmək üçün bir araya gələcək

Ərəb Liqası Somali və Efiopiya arasındakı gərginliyi müzakirə etmək üçün bir araya gələcək. SİA xəbər verir ki, bu barədə Misirin Yaxın Şərq xəbər agentliyi (MENA) məlumat yayıb.

Məlumata görə, Ərəb Liqasının baş katibinin müavini Husam Zəki jurnalistlərə bildirib ki, Ərəb Liqası yanvarın 17-də xarici işlər nazirləri səviyyəsində təcili onlayn iclas keçirməyə qərar verib.

Toplantıya Mərakeşin sədrlik edəcəyini bildirən Zəki bu qərarın Somalinin istəyi və 12 ərəb ölkəsinin dəstəyi ilə alındığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə