Paşinyana söz demək olmaz..?

2021-ci ilin fevralında baş nazir Nikol Paşinyana qarşı qalmaqallı istehzasına görə “məşhurlaşan” keçmiş hərbçi tezliklə kənd restoranında baş verən atışmaya görə həbs oluna bilər.

SİA-nın əldə etdiyi məlumata görə, üç il əvvəl respublikada hərbi-siyasi böhran yaradan Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini Tiran Xaçatryan odlu silahdan istifadə etməklə xuliqanlıq ittihamı ilə həbs oluna bilər.

Xatırladaq ki, 2021-ci il fevralın sonunda Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin o vaxtkı müavini Tiran Xaçatryan baş nazir Nikol Paşinyanın “işləməyən Rusiya İsgəndərləri” haqda sözlərinə gülüb.

Paşinyan onu dərhal vəzifəsindən azad edib, bundan sonra Ermənistan ordusunun Baş Qərargah rəisi Onik Qasparyanın rəhbərlik etdiyi bir qrup yüksək rütbəli zabiti baş nazirin istefasını tələb edib.

Bir müddət Ermənistanda real hərbi çevriliş təhlükəsi yaranmışdı, lakin sonda böhran Baş Qərargahda kütləvi istefalarla başa çatdı və Nikol Paşinyan hakimiyyəti öz əlində saxladı.

Budur, üç il sonra, 2024-cü il yanvarın 11-də Tiran Xaçatryan “U Erika” kənd restoranında mübahisə zamanı özündə saxladığı tapançadan digər ermənilərə atəş açıb.

Və atışma nəticəsində bir erməni yaralanıb. Buna görə də polis Xaçatryanı saxlayıb.

Titran Xaçatryanın vəkili Baş Qərargahın keçmiş rəis müavininə qarşı odlu silahla xuliqanlıq maddəsi ilə işin başlanmasından və onun həbsi ilə bağlı məhkəməyə daxil olan vəsatətdən danışıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə