Ukrayna Silahlı Qüvvələri şəxsi heyətlə bağlı vəziyyəti kritikdir?..

Ukrayna Silahlı Qüvvələri şəxsi heyətlə bağlı vəziyyəti kritikdir?..

Ukrayna Silahlı Qüvvələrində bir çox sahələrdə şəxsi heyətlə bağlı vəziyyət kritikdir, gənclər kifayət qədər deyil, döyüşçülərin orta yaşı isə 40-dan çoxdur.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Ukrayna Silahlı Qüvvələrinin 5-ci Əlahiddə Hücum Briqadasının batalyon komandiri Aleksey Tarasenko deyib.

Ukraynanın Espresso telekanalı onun sözlərini sitat gətirir: ...Qoşunlar yeni gücləndirmələri çox səbirsizliklə gözləyirlər, çünki bir çox bölmə və bölgələrdə şəxsi heyətlə bağlı vəziyyət kifayət qədər kritikdir və gələn heyətin keyfiyyəti çox arzuolunmazdır.

Tarasenko əlavə edib ki, hazırda qoşunları əvəz etmək üçün əsasən müşayiət edən sağlamlıq problemləri olan yaşlı kişilər gəlir. Batalyon komandirinin sözlərinə görə, hazırda əsgərin orta yaşı 40 yaşdan xeyli artıqdır.

Xatırladaq ki, 2022-ci ilin fevralından Ukraynada ümumi səfərbərlik elan edilib. Artıq ölkə rəhbərliyi orduya çağırışla bağlı problemlərlə üzləşir və ictimai yerlərdə çağırış vərəqələrini zorla verməyə çalışan MTK (ərazi çağırış məntəqələri, hərbi komissarlığın analoqu-A.B.) nümayəndələrinin əməlləri vaxtaşırı diqqət mərkəzində olur.

Yeri gəlmişkən, 2023-cü ilin sonunda ölkə prezidenti Vladimir Zelenski ordudan daha 500 min nəfərin silahlı qüvvələrə cəlb olunması üçün müraciət aldığını açıqlamışdı.

Bunun fonunda hökumət daha sərt səfərbərlik qaydaları və hərbi xidmətdən yayınanların məsuliyyət tədbirləri haqqında qanun layihəsinin hazırlanmasını sürətləndirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə