Sualtı qayıqlar Rusiyanın dəniz əməliyyatlarını izləmək üçün inşa edilir...
İsveç 30 ildə ilk dəfə olaraq NATO-nun şərq sərhədlərində patrul etmək və Rusiyanın mümkün dəniz əməliyyatlarını izləmək üçün iki sualtı qayıq inşa edəcək.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Politico” məlumat yayıb.
66 metrlik dizel-elektrik sualtı qayıqları A26, Blekinge və Skåne-nin 2027 və 2028-ci illərdə suya buraxılması planlaşdırılır. Onlar artıq İsveç donanmasında olan dörd sualtı qayıqla birlikdə Baltik dənizində döyüş növbətçiliyində olacaqlar.
Blekinge və Skåne İsveçin 1990-cı illərin ortalarından bəri inşa etdiyi ilk sualtı qayıqlar olacaq.
“Politico” yazır ki, Baltik dənizi sualtı qayıqlar üçün çətin bir mühitdir, çünki duz səviyyəsinin dəyişməsi sonarın işinə təsir edir. Bundan əlavə, bu ərazidə suların dayaz olması və gəmilərin sıx hərəkəti səbəbindən toqquşma riski yüksəkdir.
Yeri gəlmişkən, sualtı qayıqları Saab şirkəti hazırlayır. Şirkət, iddia edir ki, sualtı qayıqlar Baltik şəraiti üçün idealdır, o cümlədən ölçüləri və havadan asılı olmayan yenilənmiş elektrik stansiyası sayəsində sualtı qayıqların zərurət olmadıqda uzun müddət səthə çıxmamasına imkan verir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB