“Zərərsizləşdirilən terrorçuların sayı 57-yə yüksəlib” - Türkiyə MN

“Zərərsizləşdirilən terrorçuların sayı 57-yə yüksəlib” - Türkiyə MN

İraqın şimalında və Suriyada son 24 saatda keçirilən əməliyyatlarda zərərsizləşdirilən terrorçuların sayı 57-yə yüksəlib. SİA xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

“Şəhidlərimizin qanı yerdə qalmayacaq. Ən çətin şəraitdə xain hücumun əvəzini PKK terrorçularına ödətməyə davam edirik. Əməliyyatlarımız qətiyyətlə davam edir”, - açıqlamada deyilir.

Xatırladaq ki, yanvarın 12-də İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı doqquz hərbçi şəhid olub.

Bütün xəbərlər Facebook səhifəmizdə