ABŞ özəl olaraq husilərin hücumları ilə bağlı İrana mesaj göndərib
ABŞ Yəmən husilərinin hücumları ilə bağlı İrana özəl mesaj göndərib.
SİA “Reuters”a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Cozef Bayden bildirib.
...Biz bunu (mesaj - redaktorun qeydi) özəl olaraq çatdırdıq və əminik ki, onlar hərtərəfli hazırlanıblar.
Bunu Bayden bildirib.
Qeyd edək ki, yanvarın 12-nə keçən gecə ABŞ və Böyük Britaniya Yəməndə Husi Ənsar Allah hərəkatının 16 hədəfinə 60-dan çox hücum ediblər.
Bir neçə böyük şəhərdə partlayışlar baş verib və Səna hava limanı kütləvi bombardmanlara məruz qalıb. Amerika hərbçiləri “Tomaqavk” qanadlı raketləri ilə, İngilislər isə Paveway IV idarə olunan bombaları ilə hücumlar etdiyini bildiriblər.
Yanvarın 13-də ABŞ komandanlığı Yəmənə ikinci zərbə endirdiyini təsdiqləyib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB