Xarici turistlərin Ayasofyaya giriş haqqı 25 eur olacaq

Xarici turistlərin Ayasofyaya giriş haqqı 25 eur olacaq

Türkiyədə Mədəniyyət və Turizm Nazirliyində Ayasofyaya ibadətə gələnlər ilə ziyarət edən insanların girişlərini bir-birindən ayırmaq çalışmaları sona çatıb. Tarixi məscidə turist kimi gələn xaricilərdən ödəniş üçün 25 eur alınacaq.

Nazirlikdən edilən açıqlamaya görə, Mədəniyyət və Turizm naziri Mehmet Ersoyun Ayasofyada başlatdığı bərpa işləri sonrasında ziyarətçilər üçün qalereya mərtəbəsində Əhməd çeşməsi qarşısına bilet kassası yerləşdirilib. Kassa 15 yanvarda fəaliyyət göstərəcək. Qoruyucu tədbirlər üçün Ayasofyada təhlükəsizlik kameraları ilə yanaşı yanğın və təcili anons sistemləri quraşdırılıb.

15 yanvarda tətbiq olunacaq yeniliklər ilə turistlər məsciddəki ibadətə mane olmadan ziyarətlərini edə biləcəklər. Həmçinin QR kod tətbiqi ilə qulaqcıqdan istifadə etməklə ibadət edənləri narahat etmədən Ayasofya haqqında 23 dildə məlumat ala biləcəklər.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə