Rusiyada yeni “xarici agentlər” peyda olub...

Rusiyada yeni “xarici agentlər” peyda olub...

Rusiya Ədliyyə Nazirliyi cümə günü yazıçı Boris Akunini (Qriqori Çxartişvili) qondarma xarici agent elan edib. SİA-nın əldə etdiyi məlumata görə, ona qarşı Rusiya ordusu haqqında saxtakarlıqlar və terrora ictimai bəraət qazandıran maddələrlə cinayət işi qaldırılıb.

Qeyd edək ki, bu, onun Rusiyanın Ukraynaya təcavüzünə qarşı bəyanatları ilə bağlıdır.

Xarici agentlərin reyestrinə jurnalist Aleksandr Minkin, “Moskva Calling” teleqram kanalının administratoru Andrey Kurşin, Mari Eldən keçmiş bələdiyyə deputatı Anton Sokolov və “Xolod” nəşri də daxil edilib.

Xatırladaq ki, Rusiyada xarici agentlər haqqında qanun 2012-ci ildə ortaya çıxıb. Qanun Ədliyyə Nazirliyinə qeyri-kommersiya təşkilatlarını xaricdən maliyyə aldıqları və siyasi fəaliyyətlə məşğul olduqları halda xarici agent kimi tanımağa icazə verdi.

Qanunda bu cür fəaliyyətlərin müəyyən olunduğu meyarlar dəqiq müəyyən edilməmişdir ki, bu da hakimiyyətə təhsil, mədəniyyət, səhiyyə, ekologiya, insan hüquqlarının müdafiəsi sahəsində çalışan təşkilatları təqib etməyə imkan verir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə