Bolqarıstan Qazaxıstan, İraq və Tunisdən neft almağa başlayıb.
SİA “Reuters”-a istinadən xəbər verir ki, ölkə Burqasdakı yeganə neft emalı zavodu üçün bu ölkələrdən tədarük təşkil edir.
Media qeyd edir ki, 2024-cü ilin yanvarında Tunisdən 33 min ton neft, həmçinin Burqasdakı neft emalı zavodu üçün Bolqarıstana 70 min həcmli iki partiya Qazaxıstan nefti KEBCO gətirilib.
Qeyd edək ki, KEBCO Rusiya neftinin əsas əvəzedicisi ola bilər. Onu da qeyd edək ki, buna Bolqarıstan üçün medianın istinad etdiyi ekspertlər də inanır.
Bununla yanaşı, onlar qeyd edirlər ki, bazarda bu markalı neftin tədarükü məhduddur və qiyməti Uralsdan xeyli yüksəkdir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB