Zaporojye istiqamətində Rusiya ordusunun 127-ci motoatıcı diviziyasının 218-ci tank alayının altı nəfərdən ibarət üç hücum qrupu Priyutnoye kəndi yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin mövqelərini ələ keçirməyə cəhd göstəriblər.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, ukraynalı jurnalist Yuri Butusovun xəbərinə görə, işğalçılar Ukrayna mövqelərinə yaxınlaşa biliblər, lakin 127-ci Terrordan Müdafiə Briqadasının əsgərləri hücumu dəf ediblər.
Hücuma keçən rusların əksəriyyətinin öldürüldüyü bildirilir.. Sağ qalanlar isə təslim olublar. Onların hamısı əvvəlki məhbuslardır.
Qeyd edək ki, videoda yeddi işğalçının əllərini yuxarı qaldırdığı görünür.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB