Daha bir Qərb bankı Rusiyanı tərk edib

Daha bir Qərb bankı Rusiyanı tərk edib

2024-cü ildə Rusiyada fəaliyyətini dayandıran ilk xarici bank İsveçrənin Banque Cramer & Cie SA bankıdır.

SİA xəbər verir ki, Forbes-in məlumatına görə, təşkilat öz nümayəndəliyini bağlayıb.

Bank həmçinin tənzimləyici tərəfindən aparılan Rusiya Federasiyasında akkreditə olunmuş xarici bankların nümayəndəliklərinin reyestrindən çıxarılıb.

Banque Cramer & Cie SA 2018-ci ildən Rusiya Federasiyasında işləyir, rusiyalı müştərilərə və keçmiş SSRİ ölkələrinin nümayəndələrinə xidmət göstərir.

Bankın akkreditasiya müddəti 2024-cü ilin fevralında bitməli idi.

Xatırladaq ki, xüsusi hərbi əməliyyat fəaliyyətə başlayandan sonra Almaniyanın KfW IPEX-Bank və Helaba, Fransanın Crédit Industriel et Commercial, Cyprus Hellenic Bank və başqaları Rusiyadakı nümayəndəliklərini bağlayıblar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə