Trampın qayıdışı Avropa üçün açıq təhlükədir...

Trampın qayıdışı Avropa üçün açıq təhlükədir...

ABŞ-ın keçmiş prezidenti Donald Trampın ehtimal olunan yenidən prezident seçilməsi Avropa üçün təhlükə yaradacaq. Avropa Mərkəzi Bankının rəhbəri Kristin Laqard “France 2” telekanalına müsahibəsində bu barədə xəbərdarlıq edib.

...Əgər biz tarixdən, yəni onun mandatının ilk dörd ilinə rəhbərlik etdiyi yoldan öyrənmək istəyiriksə, bu, açıq-aydın bir təhlükədir.

Bunu deyən Laqard, Trampın ticarət tarifləri, NATO-ya bağlılığı və iqlim dəyişikliyi ilə mübarizə ilə bağlı təklif etdiyi siyasətlərə nəzər salmağı təklif edib.

Avropa Mərkəzi Bankının rəhbərinin dediyinə görə,..ən azı bu üç sahədə Amerikanın maraqları keçmişdə Avropanın maraqları ilə uyğun gəlmir.

...Amma maraqlıdır ki, Laqard, Trampın yenidən prezident seçilməsinin Ukraynaya verdiyi dəstəkdə Avropanı tək qoyacağına inanmır.

Çünki ABŞ Konqresində Rusiyanın Ukraynaya qarşı apardığı amansız müharibəyə dərin düşmən münasibət bəsləyən və Ukraynanı maliyyələşdirməyə və dəstəkləməyə davam edəcək bir sıra üzvlər var.

Bu da Laqardın ehtimalıdır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə