Harvard tələbələri universitetlərini antisemitizmdə ittiham edirlər
Bu arada Harvard Universitetində təhsil alan yəhudi tələbələr təhsil müəssisəsinin rəhbərliyini antisemitizmdə ittiham ediblər.
SİA-nın əldə etdiyi məlumata görə, çərşənbə günü, yanvarın 10-da Bostonda federal məhkəmədə qaldırılan iddiada tələbələr Harvardı yəhudilərə qarşı zorakılığı təbliğ etməkdə, yəhudi tələbələri təqiblərdən qorumamaqda və antisemitizm təbliğatına icazə verməkdə ittiham ediblər.
“Reuters” xəbər verir ki, 388 yaşlı universitet ayrı-seçkiliyi qadağan edən federal vətəndaş hüquqları qanunlarını pozmaqda ittiham olunur.
Qeyd edək ki, şikayət Harvard Universitetinin prezidenti Klaudin Qayın istefasından bir həftə sonra verilib.
İddiada deyilir ki, Harvardın qərəzliliyi tələbə qəbuluna, o cümlədən təxminən bir əsr əvvəl universitetdə yaradılmış kvotalar üzrə yəhudi tələbələrin sayında iddia edilən azalmalara da şamil edilir.
Yeri gəlmişkən, HƏMAS-ın İsrailə hücumundan sonra 30-dan çox Harvard tələbə qrupu İsrailə qarşı ittihamların yer aldığı petisiya imzalayıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB