2024-cü ildə Ukraynaya 3,1 milyard dollar humanitar yardım lazımdır
2024-cü ildə Ukraynanın humanitar yardıma ehtiyacı 3,1 milyard dollar təşkil edəcək. Bu məbləği BMT Təhlükəsizlik Şurasının iclasında BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin nümayəndəsi Eden Vosornu açıqlayıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Ukraynaya illik humanitar yardım planı gələn bazar ertəsi, yanvarın 15-də Cenevrədə təqdim olunacaq.
...Ukraynada müharibə davam etdikcə və humanitar ehtiyaclar artdıqca, maliyyə dəstəyi zəifləməməlidir.
Bunu Vorsonu bildirib.
Onun həmkarı Yens Lehrke bildirib ki, gələn il Ukraynada 14,6 milyondan çox insanın humanitar dəstəyə ehtiyacı olacaq - bu, ölkə əhalisinin 40 faizini təşkil edir. Bundan əlavə, dünyanın müxtəlif ölkələrində olan təxminən 2,3 milyon ukraynalı qaçqının yardıma ehtiyacı olacaq. Onların ehtiyacları da illik plana daxil edilib. Dörd milyona yaxın ukraynalı, o cümlədən bir milyona yaxın uşaq evlərini tərk etməyə və öz ölkələrində qaçqın olmağa məcbur olub.
Lerke qaçqınların ümumi sayını 6,3 milyon nəfər hesab edir.
Edem Vosornu bildirib ki, Rusiya tərəfindən işğal olunmuş Ukrayna vilayətlərinin sakinlərinin vəziyyəti ciddi narahatlıq doğurur. Onun sözlərinə görə, humanitar missiyalar və BMT strukturları üçün oraya giriş xeyli çətindir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB