BMT helikopteri Somalidə radikal islamçılar tərəfindən qaçırılıb

BMT helikopteri Somalidə radikal islamçılar tərəfindən qaçırılıb

Somalidəki Əl-Şəbab silahlı qruplaşması BMT-nin helikopterini qaçırıb. Müxtəlif mənbələrə görə, təyyarədə səkkiz və ya doqquz nəfər - həm sərnişinlər, həm də ekipaj üzvləri olub. Ehtimallara görə, onlar silahlılar tərəfindən girov saxlanılır.

“Əl-Cəzirə” telekanalının məlumatına görə, helikopter Somalinin paytaxtı Moqadişuya uçarkən göyərtəsində texniki problemlər yaranıb. Helikopter “Əş-Şəbab”ın nəzarəti altında olan əraziyə təcili eniş edib və yaraqlılar tərəfindən ələ keçirilib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, radikalların helikopteri yandırdığını, ekipajını və sərnişinlərini əsir götürdüyünü açıqlayır.

Somalinin hərbi sözçüsü mayor Həsən Əli bildirib ki, təyyarədə iki Somalili və bir neçə əcnəbi olub. Onun sözlərinə görə, helikopter silahlı qarşıdurma bölgələrindən birinə dərman çatdırmalı, qayıdarkən yaralıları oradan çıxarmalı imiş.

BMT helikopterin qaçırılması ilə bağlı xəbərləri hələ şərh etməyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə