Rusiya prezidenti Vladimir Putin ölkənin müdafiə naziri Sergey Şoyqu ilə gündəlik əlaqə saxlayır.
SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
Putin və Şoyqu gündə bir neçə dəfə təkbətək söhbət edirlər, Kreml sözçüsü prezidentin nazirlə ünsiyyətində xüsusi əməliyyat iştirakçılarının dul arvadları ilə müzakirə predmetinə çevrilən məsələləri qaldırıb-qaldırmaması ilə bağlı suala cavab olaraq bildirib.
Mətbuat katibinin sözlərinə görə, Müdafiə Nazirliyi xüsusi əməliyyat iştirakçılarının problemlərinin həllində çox böyük işlər görüb. Bununla belə, hərbi əməliyyatların miqyasını nəzərə alsaq, çətinliklər və problemlər qaçılmazdır.
Peskov jurnalistlərlə söhbəti zamanı həmçinin bildirib ki, Moskva Ukraynada sülh prosesində irəliləyiş görmür. O xatırladıb ki, qonşu dövlətin Rusiya ilə danışıqları qadağan edən fərmanı var. Nəticədə xüsusi hərbi əməliyyat davam etdiriləcək.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB