Litva Ukraynaya 200 milyon avro dəyərində hərbi yardım paketi verəcək

Litva Ukraynaya 200 milyon avro dəyərində hərbi yardım paketi verəcək

Litva Ukraynaya 200 milyon avro məbləğində yeni hərbi yardım paketi ayıracaq. SİA-nın əldə etdiyi məlumata görə, bu

barədə ölkə prezidenti Gitanas Nauseda Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

...Yanvarda biz yenidən Ukraynaya döyüş sursatları, generatorlar və partlayıcı sistemlər göndərəcəyik, fevralda isə M5777 zirehli transportyorlarını göndərəcəyik.

Bunu Nauseda deyib və əlavə edib ki, Litva Ukrayna hərbçilərinin təlimini davam etdirmək və müdafiə sənayesi sahəsində əməkdaşlığı gücləndirmək niyyətindədir.

Qeyd edək ki, Vladimir Zelenski göstərdiyi dəstəyə görə Litva Prezidentinə təşəkkür edib, xüsusilə litvalı mütəxəssislərin Ukraynanın hava hücumundan müdafiəsi və pilotsuz təyyarələrlə mübarizəyə verdiyi töhfəni qeyd edib.

Xatırladaq ki, Zelenski çərşənbə günü Vilnüsə gəlib, onun səfəri əvvəlcədən elan olunmayıb.

Sonra o, digər Baltikyanı ölkələrə - Latviya və Estoniyaya səfər edəcək.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə