Sankt-Peterburqda bir tondan çox kokain müsadirə edilib

Sankt-Peterburqda bir tondan çox kokain müsadirə edilib

...Gömrük xidməti və Federal təhlükəsizlik xidməti Sankt-Peterburqun Böyük Limanında külli miqdarda kokain partiyasını saxlayıb. Onun ümumi çəkisi bir tondan artıqdır. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, narkotik Nikaraquadan dəniz yolu ilə daşınıb.

Gömrük əməkdaşlarının sözlərinə görə, yük konteynerində içərisində sıxılmış ağ toz olan 1000 briket gizlədilib. Ekspertiza bunun kokain olduğunu təsdiqləyib. Belə bir partiyanın qara bazarda dəyəri 11 milyard rublu keçir.

...Xüsusilə külli miqdarda narkotik qaçaqmalçılığı ilə bağlı cinayət işi açılıb. Bu maddədə nəzərdə tutulan cəza ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur.

Qeyd edək ki, bu, gömrükdə ilk dəfə deyil ki, Sankt-Peterburq limanından narkotik qaçaqmalçılığını dayandırır. Xatırladaq ki, ötən ilin iyununda orada banan daşınması üçün soyuducularda gizlədilən 50 kiloqram kokain götürülmüşdü. Yük Avropadan tranzitlə Afrikadan Özbəkistana göndərilməli imiş.

Sentyabrda həmçinin limanda Latviyadan gələn gəmidə 8 kiloqram narkotik aşkar edilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə