Peru Ekvadorda baş verən hadisələrlə əlaqədar sərhəddə “Fövqəladə vəziyyət” elan edəcək.
SİA-nın əldə etdiyi məlumata görə, Perunun baş naziri Alberto Otarola Ekvadorla sərhəddə yerləşən Piura və Tumbes şəhərlərində "Fövqəladə vəziyyət" elan edəcəklərini və quldur dəstələrinin fəal olduğu bu bölgələrə hərbi gücləndirici yardım edəcəklərini bildirib.
Müdafiə və daxili işlər nazirləri ilə görüşlər keçirdiyini qeyd edən Alberto Otarola deyib: "Ölkənin bütün şimal sərhədi boyunca fövqəladə vəziyyət elan olunacaq. Piura və Tumbesdəki vətəndaşlarımızdan panikaya düşməmələrini və sakit olmalarını xahiş edirik."
Peru Xarici İşlər Nazirliyindən verilən məlumatda Ekvadorda törədilən zorakılıq hərəkətləri pislənilib və Ekvador prezidenti Daniel Noboa hökuməti ilə həmrəy olduqları bildirilib.
Argentina, Boliviya, Kolumbiya və Paraqvay da Ekvadorda dəstələrin törətdiyi zorakılığı pisləyib və Ekvador ilə həmrəy olduqlarını, hökumətə hər cür dəstəyi verməyə hazır olduqlarını açıqlayıblar.
Qeyd edək ki, “TC Television” kanalının Ekvadorun Quayakil şəhərindəki studiyasına gecə canlı yayım zamanı silahlı şəxslər tərəfindən basqın edilib və əməkdaşları girov götürülüb. Silahlılar eyni vaxtda Quayaquildə universitetə hücum edib və bir neçə tələbəni saxlayıblar.
Təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində canlı yayıma basqın edən 13 nəfər saxlanılıb, universitet nəzarətə alınıb.
Neçə müddətdir ölkə daxilində təhlükəsizlik böhranı ilə mübarizə aparan Ekvador hökuməti “Fito” ləqəbli dəstə başçısı Adolfo Masias Salazar və bir neçə məhkumun Quayas şəhərindəki həbsxanadan qaçması və sonra polis maşınlarına bombalarla hücum edilməsindən sonra yanvarın 9-da 60 gün davam edəcək fövqəladə vəziyyət elan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:45Bakıda 20 yaşlı gənci bıçaqlayıblar
Hadisə 05:04Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



