Maraqlı insidentdir..?
Ötən gün Krımda onlarca rus əsgərini öldürməkdə şübhəli bilinən iki qızın yeri müəyyən edilib.
SİA-nın əldə etdiyi məlumata görə, qızları saxlamağa çalışsalar da, onlar atəş açaraq Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin bir neçə əməkdaşını öldürüblər.
Yeri gəlmişkən bunu UNİAN da Rusiya mətbuatına istinadən yazır.
Rus mətbuatının yazdığına görə, qızlar Yaltada şəxsi evlərin birində gizlənirmişlər və bir neçə gün əvvəl onları saxlamağa çalışsalar da, bacara bilməyiblər - qızlar qaça biliblər.
...46 döyüşçünün ölümündə şübhəli bilinən şəxslər müqavimət göstərdilər, təəssüf ki, onları saxlamaq mümkün olmadı... Təxribatçılar yaxşı silahlanmış və yaxşı hazırlanmışdılar. Üstəlik, kimsə bizim səfərimizlə bağlı onları xəbərdar edə bilərdi. Xüsusi təyinatlılar onları həbs etməyə gələn kimi onlara atəş açıblar. Tapançalardan və avtomat silahlardan....
Bunu artıq Rusiya kəşfiyyatı iddia edir.
Kanal həmçinin bildirir ki, işğalçılar cavab olaraq yalnız bir neçə atəş açmağa müvəffəq olub, sonra isə qızlar maşına minib qaçıblar. Jurnalistlər təxribatçının avtomobilinin Yaltanın kənarında tərk edildiyini öyrəniblər.
...Biz təxribatçıların indi harada olduğunu bilmirik. Atışma nəticəsində Federal Təhlükəsizlik Xidmətinin üç əməkdaşı həlak olub. Daha iki nəfər yaralanıb, onlardan biri ağırdır. Ola bilsin ki, cinayətkar qızlardan biri də yaralanıb, lakin bu yaranın ciddi olması ehtimalı azdır. Hazırda təxribatçıların axtarışı davam edir.
Bunu da həmən mənbə bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB