75 rayonda müəllimlərin maaşı minimum əmək haqqından çox deyil
Rusiyada müəllim problemi...

Rusiyada 75 regionda müəllimlərin əmək haqqı minimum əmək haqqını keçmir və ən azı 20 regionda müəllim kadrlarının kəskin çatışmazlığı var.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “İzvestiya” qəzeti regional təhsil nazirliklərindən müəllimlərin maaşları və kadr çatışmazlığı ilə bağlı məlumat istəyib.

Nəşrin jurnalistləri bütün bölgələrə sorğu göndərib, ancaq 30-dan cavab gəlib. Onlardan 20-si müəllim çatışmazlığını etiraf edib.

Bu gün Rusiyanın əksər bölgələrində riyaziyyat, rus dili və ədəbiyyatı, xarici dil, fizika müəllimləri, eləcə də ibtidai sinif müəllimlərinə ehtiyac var. Maraqlıdır ki, bu gün rus məktəblərində kadr çatışmazlığı problemi belə həll olunur: onlar yeni işçi götürmürlər, ştatda müəllimlər arasında dərs yükünü bölüşdürürlər.

Müəllimlərin Həmkarlar İttifaqından nəşrə bildiriblər ki, onlar 2023-cü ilin oktyabr ayında müəllimlərin maaşlarına nəzarət ediblər. Məlum olub ki, 75 regionda müəllimlərin əmək haqqı minimum əmək haqqına çatmır.

...Eyni zamanda, regionların 40 faizində maaşlar minimum əmək haqqının yarısından çox deyil. Müəllimlər üçün ən aşağı əmək haqqı Qaraçay-Çərkəz, Yəhudi Muxtar Dairəsi, Voloqda vilayəti və Altaydadır - 5 min rubldan az...

Bunu da “İzvestiya” yazır.

Mütəxəssislər müəllimlərin işdən çıxarılmasına səbəb kimi dərs yükünün artması, o cümlədən elektron dərs yükü, daim artan tələblər, maaşların azlığı və müəllimin sosial statusunun aşağı olmasını göstəriblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə