Rusiya prezidenti Vladimir Putin müxtəlif ölkələrdən olan 44 əcnəbi vətəndaşa Rusiya vətəndaşlığı verib. Onların arasında müharibə cinayətlərində şübhəli bilinən, boks üzrə keçmiş dünya çempionu, RT jurnalisti və separatçıların işğalı altında olan Donetskə köçmüş xorvatiyalı tibb işçisi də var.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, prezidentin sərəncamı rəsmi hüquqi informasiya portalında dərc olunub. Rusiyada vətəndaşlığın verilməsi və ya vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı bütün fərmanlar prezidentin adına imzalanır.
Bu dəfə siyahıda:
- Yuqoslaviya ordusunun keçmiş kiçik zabiti Ratko Samac.
- Amerikalı ağır çəkili boksçu Kevin Conson.
- Kontinental Xokkey Liqasının SKA Sankt-Peterburq klubunun kanadalı hücumçusu Brendan Laipsiç.
- Jurnalist və Rusiyanın RT kanalının aparıcısı Peter Lavelle.
-Dövlət kanallarının verilişlərində iştirak edən, özünü II Yekaterinanın və onun sevimli Qriqori Potemkinin nəslindən adlandıran amerikalı Andrey Leo Kalageorgi.
- Xorvatiyadan olan tibb işçisi Mirella Yakupanec.
Qeydn edək ki, bu şəxslərin hər birinin müxtəlif həyat tərzi olsa da, amma daha çox maraq kəsb edən Yuqoslaviya ordusunun keçmiş kiçik zabiti Ratko Samacdır.
Deməli, Samac 1992-1995-ci illərdə Bosniya müharibəsində iştirak edib. Bosniya və Herseqovina onu mülki şəxslərə qarşı hərbi cinayətlər törətməkdə ittiham edib və ekstradisiyasını tələb edib. 1999-cu ildə o, Federal Təhlükəsizlik Xidməti və İnterpol tərəfindən saxlanılsa da, sonradan azadlığa buraxılıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB