Vaşinqtonda ABŞ prezidentinin iqamətgahı yaxınlığında avtomobil idarə edən naməlum şəxs qəza törədib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, hadisə yanvarın 9-da gecə saat iki radələrində baş verib.
ABŞ Məxfi Xidmətinin sözçüsü Entoni Quqlielmi sosial şəbəkədə bildirib ki, avtomobil Ağ Evin hasarına çırpılıb. Onun sözlərinə görə, polis sürücünü saxlayıb. Qəza nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir. Amerika lideri Cozef Baydenin həmin an iqamətgahda olmadığı deyilir.
Yerli KİV-in məlumatına görə, avtomobildə zərf aşkarlanıb, onun içindəkilər hazırda xüsusi xidmət orqanları tərəfindən araşdırılır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB