Almaniyalı kanslerdən Ukraynaya yardım çağırışı...

Almaniyalı kanslerdən Ukraynaya yardım çağırışı...

Almaniya kansleri Olaf Şolz, artıq planlaşdırılanları qeyri-kafi adlandıraraq, digər Avropa İttifaqı dövlətlərini Ukraynaya daha çox dəstək verməyə çağırıb.

“Handelsblatt” xəbər verir ki, o, bu barədə Berlində Lüksemburqun baş naziri Lüks Fridenlə görüşündən sonra bildirib.

...Hazırda Avropa İttifaqına üzv ölkələrin əksəriyyəti tərəfindən Ukraynaya planlaşdırılan silah tədarükü istənilən halda çox kiçikdir. Buna görə də mən Avropa İttifaqındakı müttəfiqlərimizi də Ukraynanın xeyrinə səylərini gücləndirməyə çağırıram.

Bunu deyən Almaniya kansleri hesab edir ki, Avropa Ukrayna ilə sıx bağlı olduğunu, azadlıq, beynəlxalq hüquq və Avropa dəyərlərinin tərəfində olduğunu nümayiş etdirməlidir.

O vurğulayıb ki, Almaniya hazırda ABŞ-dan sonra Ukraynanın ən güclü dəstəkçisidir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, 2024-cü il üçün Berlindən 8 milyard avro məbləğində silah və materialların tədarükü nəzərdə tutulur. Almaniyalı kanslerin sözlərinə görə, humanitar və maliyyə yardımlarında da “milyardlar” var.

...Lakin Ukraynanın təhlükəsizliyini təmin etmək üçün təkcə Almaniyanın töhfəsi kifayət etməyəcək.

Bunu da Olaf Şolz əlavə edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə