Fotonun görünməsində heç bir siyasi məqsəd olmayıb?

Gürcüstanın əsas məbədindəki ikonaların birində Stalinin fotosunun nümayiş etdirilməsi ciddi müzakirələrə səbəb olub
Fotonun görünməsində heç bir siyasi məqsəd olmayıb?

Yanvarın 7-də Milad bayramında Gürcüstanın əsas məbədindəki ikonalardan birində İosif Stalinin şəkli nümayiş etdirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, İosif Stalinin fotosunun ikonanın üzərində görünməsi ölkədə ciddi müzakirələrə səbəb olub.

Yanvarın 8-də kilsə məsələyə aydınlıq gətirib. Bildirilib ki, Stalinin fotosu "Moskvanın Müqəddəs Matrona" ikonasında görünüb.

İkona bir neçə ay əvvəl kafedralda yerləşdirilib. Bu ikona Gürcüstanın Rusiyayönlü "Vətənpərvərlər Alyansı" partiyasının liderləri İrma İnaşvili və David Tarxan-Mouravi tərəfindən Sameba məbədinə hədiyyə edilib. Fotonun görünməsində heç bir siyasi məqsəd olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə