Rusiyalı qadına Kanada vətəndaşlığı verilməyib, niyə..?

Rusiyalı qadına Kanada vətəndaşlığı verilməyib, niyə..?

Kanada Vətəndaşlıq və İmmiqrasiya Departamenti beş ilə yaxındır Ottavada yaşayan rus qadın Mariya Kartaşevaya Rusiya ordusu ilə bağlı “saxta xəbərlər”ə görə Rusiyada cinayət işi açıldığı üçün ona vətəndaşlıq verməkdən imtina edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “CBC News” xəbər verir.

...Kartaşeva bu qərarı 2023-cü ilin mayında ona Kanada pasportunun verilməli olduğu andiçmə mərasimində öyrənib. ...Mənim vətəndaşlıq mərasimim ləğv edildi, çünki məlum oldu ki, Kanada Vətəndaşlıq və İmmiqrasiya Departamentində heç kim Rusiyada yaşadığım təqiblərlə bağlı məktubumu oxumayıb.

Rus qadın bunu “Facebook”-da yazıb.

Proses zamanı vətəndaşlığın verilməsi proseduru dayandırılıb. Kanada rəsmiləri artıq Kartaşevadan cinayət işini əsaslandırmaq üçün təhvil verdiyi sənədləri alıblar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə