...Çelyabinskdə 16 yaşlı Dağıstan sakini həbs edilib. O, Şaqol aerodromunda hərbi təyyarəni yandırmağa cəhddə ittiham olunur.
Federal Təhlükəsizlik Xidməti yeniyetmənin 2023-cü ilin noyabr və dekabr aylarında Dağıstanda dəmiryolunda bir sıra yanğın törədilməsində iştirak etdiyini də iddia edir.
Məhkəmə onu Müdafiə Nazirliyinin müəssisəsində təxribata cəhd ittihamı ilə iki ay müddətinə istintaq təcridxanasına göndərib.
SİA-nın əldə etdiyi məlumata görə, yanvarın 4-nə keçən gecə Çelyabinsk yaxınlığındakı Şaqol hərbi aerodromunda Su-34 taktiki bombardmançı təyyarəsi yandırılıb.
Sonradan Ukrayna Baş Kəşfiyyat İdarəsi təyyarənin yandığını iddia edib. Rusiya mənbələrinin məlumatına görə, Su-34 söndürülüb, təyyarəyə dəymiş ziyanın miqdarı dəqiqləşdirilməyib.
Ukrayna KİV-i Baş Kəşfiyyat İdarəsindəki mənbələrə istinadən bunun Ukrayna hərbi kəşfiyyatının xüsusi əməliyyatı olduğunu bildirib.
Adı açıqlanmayan yeniyetmə yanvarın 5-də saxlanılıb. Onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə prosesi bağlı qapılar arxasında keçirilib.
Hazırda Dağıstandan olan şəxsi 12 ildən 20 ilə qədər həbs gözləyir.
Yeri gəlmişkən, Federal Təhlükəsizlik Xidməti iddia edir ki, həbs edilən şəxs Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə hərəkət edib və onun mobil telefonunda “Ukraynalı kuratorlar”la yazışmalar aşkarlanıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB