Türkiyədə "Çember-10" əməliyyatları çərçivəsində 4853 fərari yaxalanıb

Türkiyədə "Çember-10" əməliyyatları çərçivəsində 4853 fərari yaxalanıb

Türkiyə daxili işlər naziri Ali Yerlikaya ölkə daxilində keçirilən “Çember-10” əməliyyatında axtarışda olan 4 min 853 fərarinin yaxalandığını açıqlayıb. SİA xəbər verir ki, nazir sosial media hesabından verdiyi açıqlamada əməliyyatın ilin ilk 4 günündə 81 vilayətdə keçirildiyini bildirib. Bu çərçivədə 4 min 853 fərari yaxalandığını bildirən Yerlikaya, bu şəxslərdən 4 min 780-nin 5 ilə qədər, 33-nün 5-10 il, 40-nın isə 10 il və daha çox müddətdir axtarışda olduğunu bildirib.

Yerlikaya 867 nəfərin oğurluq, 355 nəfərin dələduzluq, 167 nəfərin talan, 53 nəfərin adam öldürmə, 123 nəfərin cinsi cinayət, 948 nəfərin narkotik cinayət, 66 nəfərin terror, 532 nəfərin isə qaçaqmalçılıq və mütəşəkkil cinayətlərdən tutulduğunu vurğulayıb: "İl jandarma komandanlığı, əyalət polis qərargahı və Sahil Mühafizə Komandanlığımız tərəfindən 81 vilayət daxilində həyata keçirilən əməliyyatlarda bu şəxslər yollarda, evlərdə və iş yerlərində axtarışlar, şəxsiyyət yoxlamaları zamanı tutularaq məhkəmə qarşısına çıxarılıb. Valilərimizi, mahal qubernatorlarımızı, Əməliyyatları idarə edən il jandarma komandanlarımızı, təhlükəsizlik müdirlərimizi, Sahil Təhlükəsizlik qüvvələrimizi təbrik edirəm."

Bütün xəbərlər Facebook səhifəmizdə