Yunanıstanın “F-35” qırıcılarını alıb-almayacağı məlum olub

Yunanıstanın “F-35” qırıcılarını alıb-almayacağı məlum olub

Yunanıstan Hərbi Hava Qüvvələri razılaşmalara uyğun olaraq “F-35” qırıcılarını qəbul edəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə ölkə hökumətindəki mənbə ABŞ dövlət katibi Antoni Blinken və Yunanıstanın baş naziri Kiriakos Mitsotakis arasında danışıqlardan sonra jurnalistlərə bildirib.

Mənbə qeyd edib ki, tərəflər qaynar nöqtələrdə baş verənləri müzakirə ediblər, həmçinin Vaşinqton və Afina arasında hərbi-texniki əməkdaşlığın əsas mövzularına toxunublar.

Jurnalistlərin respublikaya hərbi təyyarələrin göndərilib-göndərilməyəcəyi ilə bağlı sualına məmur müsbət cavab verib.

...Yunanıstan, ardıcıl və etibarlı tərəfdaş eləcə də müttəfiq kimi, razılaşdırılmış şeyi alacaq.

Təbii ki, Blinken bildirib bunu.

Bundan əvvəl ABŞ dövlət katibinin Yunanıstanın baş nazirinə Krit adasında yerləşən malikanəsində baş çəkdiyi bildirilirdi. Görüş zamanı tərəflər regiondakı böhranlar fonunda əməkdaşlığın və müttəfiqliklərin gücləndirilməsinin vacibliyini bildiriblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə