Rusiyanın iki “Pantsir” raketi məhv edilib

Rusiyanın iki “Pantsir” raketi məhv edilib

Ukrayna kəşfiyyatı bu şənbə, yanvarın 6-da Rusiya Federasiyasının Belqorod vilayətində əməliyyat keçirib. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi hadisə yerindən görüntüləri paylaşıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu əməliyyat “United24” platforması tərəfindən dəstəklənib. Çünki çətin missiya təcavüzkar ölkəni zəiflətməyə yönəldilib.

...Ukrayna hərbi kəşfiyyatçıları Belqorod vilayətində Rusiyanın hava hücumundan müdafiə qüvvələrinin mövqelərinə zərbələr endiriblər.

Məlumata görə, yanğın nəticəsində Rusiyanın 2 ədəd Pantsir-S1 zenit-raket kompleksi sıradan çıxıb.

Kəşfiyyat rəsmiləri qeyd ediblər ki, Rusiyanın belə bir hava hücumundan müdafiə raket sisteminin qiyməti təxminən 10-15 milyon dollardır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə