Almaniya Kiyevə “Taurus”u Rusiya ərazisinə atmağa icazə verməyəcək, niyə..?

Ukrayna Silahlı Qüvvələrinin polkovniki təklif edib...
Almaniya Kiyevə “Taurus”u Rusiya ərazisinə atmağa icazə verməyəcək, niyə..?

SİA-nın bayaq da qeyd etdiyi kimi, Almaniyada ayrı-ayrı siyasətçilər Ukraynanı “Taurus” uzaqmənzilli raketləri ilə təmin etmək üçün Olaf Şolza təzyiq etməkdə davam edirlər. Düzdür, Almaniya hökuməti hələ belə bir addım atmağa hazır deyil, baxmayaraq ki, müəyyən hadisələr onu buna sövq edə bilər.

Qeyd edək ki, bu barədə Kanal 24-ə Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, təlimatçı pilot, hərbi ekspert Roman Svitan məlumat verib.

O, əmindir ki, Berlinin qorxusuna baxmayaraq, gec-tez Ukrayna alman “Taurus” raketlərini alacaq.

Əvvəla onu da qeyd edək ki, “Taurus” kimi silahların dəqiq sayı adətən təsnif edilir. Amma güman etmək olar ki, Berlində bu tipli 500-ə yaxın raket var. Buna əsaslanaraq güman etmək olar ki, Almaniya ildə 100-ə yaxın “Taurus” istehsal etmək iqtidarındadır və müvafiq olaraq, nə vaxtsa bu qədər raketi Ukraynaya da ötürə bilər.

Son iki ilin praktikasına əsaslansaq, bütün Avropa ölkələri Ağ Evin qərarını rəhbər tutur. Əsasən bu tip silahların Ukraynaya tədarükü ATACMS-in tədarükündən asılıdır.

Müvafiq olaraq, amerikalılar Ukraynaya ATACMS-in ən son versiyalarını təqdim edənə qədər, Berlin “Taurus”ları tədarük etməkdən çəkinmək üçün müxtəlif səbəblər axtaracaq.

Və bu iki qərar sinxronlaşdırıldıqda, Ukrayna çox güman ki, hər iki silahı onlarla hissədən ibarət partiyalarla almağa başlayacaq.

Təbii ki, Svitan bunu ehtimaldan çox, inamını bildirir. Amma onun burada ehtimalı da diqqət çəkir.

Məsələn, Svitana görə, Ukrayna “Taurus”u alsa belə, bu raketdən maksimum 500 kilometr məsafədə istifadə edə bilməyəcək, çünki Almaniya Kiyevə öz raketlərini Rusiya ərazisinə atmağa icazə verməyəcək. Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazisində Rusiya hədəflərini məhv etmək üçün Feodosiya və Kerçdə Rusiya gəmilərinin məhv edilməsinin göstərdiyi kimi, 300 kilometr də kifayətdir.

Eyni zamanda, “Taurus”un Kerç Körpüsünü dağıtmaq üçün istifadə ediləcəyi ehtimalı da azdır, çünki bu obyektdə “eskalasiya” damğası var. Lakin bu, Ukraynaya bu raketlərin alınmasını sürətləndirmək imkanı verir, baxmayaraq ki, bu, Rusiyanın qeyri-qanuni obyektinin öz vasitələri ilə məhv edilməsini tələb edəcək.

Svitanın sözlərinə görə, Krım körpüsünü dağıtmaq üçün Ukraynanın öz hərbi-dəniz pilotsuz təyyarələri ən uyğun olacaq. Hərbi ekspert diqqəti ona yönəldir ki, Ukrayna pilotsuz təyyarələri artıq 850 kiloqrama qədər partlayıcı daşımaq iqtidarındadır və bu, dəqiq zərbə zamanı nəinki tavanı, hətta körpünün bünövrəsini də məhv edə bilər.

...Bu gün Krımda ən azı 150 stasionar hərbi obyekt olduğuna diqqət çəkən ukraynalı hərbi ekspert onları, eləcə də Qara dənizdəki Rusiya gəmilərini “Taurus”la məhv etməkdə təsirli ola biləcəyini deyir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə