ABŞ-ın keçmiş prezidenti Barak Obama hazırkı dövlət başçısı Cozef Bayden və onun tərəfdarlarını seçki kampaniyasını aktivləşdirməyə çağırıb.
SİA-nın əldə etdiyi məlumata görə, bunu köşə yazarı Tayler Peycer “The Washington Post” qəzetində dərc olunan məqaləsində bildirib.
Onun sözlərinə görə, keçmiş prezident Ağ Evdə Baydenlə fərdi nahar zamanı seçki kampaniyası ilə bağlı fikirlərini bölüşüb.
Deyilənlərə görə, nüfuzlu siyasətçi ABŞ-ın 45-ci prezidenti Donald Trampın Oval kabinetə qayıtması ehtimalından narahatdır.
İlk növbədə Obama qeyd edib ki, Bayden öz köməkçilərinə daha geniş səlahiyyətlər verməli, xüsusən də Ağ Evlə koordinasiya etmədən qərar qəbul etmək imkanı verməlidir.
Bundan əlavə, ABŞ-ın 44-cü prezidenti amerikalı liderə öz komandasını genişləndirməyi və 2008-ci ildə Obamanın seçki yarışına başçılıq edən Devid Plouffe ilə qarşılaşmağı tövsiyə edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB