Almaniya kansleri Olaf Şolz Ukraynaya “Taurus” qanadlı raketləri tədarükü üçün artan təzyiqlərə məruz qalır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RBC-Ukrayna “Rheinische Post”-a istinadən xəbər verir.
Belə ki, koalisiya partnyorları olan Yaşıllar və Azad Demokratlar, həmçinin müxalif Xristian Demokrat İttifaqının siyasətçiləri, Ukraynanın “Taurus”a olan ehtiyacına görə, Şolza qarşı ciddi ittihamlar irəli sürüblər.
...Ukraynaya “Taurus” qanadlı raketlərinin tədarükü çoxdan gecikib. Rusiyanın hava hücumlarına qarşı ən təsirli müdafiə Rusiya ərazisi və Ukraynanın şərqindəki işğal olunmuş ərazilərdəki hədəfləri atəşə tutmaqdır, Rusiyanın zərbələr endirdiyi yerdən...
Bunu Bundestaqdakı Yaşılların müdafiə üzrə sözçüsü Sara Nanni bildirib.
O qeyd edib ki, Ukraynanın bunun üçün hələ lazımi avadanlığı yoxdur, ən azı ona görə ki, Berlin Kiyevi “Taurus” qanadlı raketlərlə təmin etmir.
...Bu istəksizlik əsasən Federal Kanslerdən qaynaqlanır və Almaniya hökumətinin ümumi mövqeyi deyil.
Nanni deyib bunu.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB