...Ukrayna Silahlı Qüvvələrinin son günlər Krıma hücumları göstərir ki, 2024-cü ildə Krım Rusiya-Ukrayna müharibəsinin ağırlıq mərkəzinə çevriləcək.
Qeyd edək ki, bir müddət bundan əvvəl Zelenskinin çıxışında bəyan edilənlər...artıq reallaşır.
Bir müddət bundan əvvəl SİA-nın da yazdığı kimi, yanvarın 3-nə keçən gecə hərbi hədəflərə çox dəqiq hücumlar həyata keçirilib.
Yanvarın 4-də isə Sevastopol yaxınlığında, eləcə də Yevpatoriya yaxınlığına böyük raket hücumu olub. Hərbi hədəflər vurulub. Doğrudur, ruslar bunu uzun müddət etiraf etmək istəmədilər, lakin yanvarın 5-də səhər “aparıcı” rusiyalı hərbi bloggerlər 3 raketin hədəfləri vurduqlarını və hərbçilərin idarəetmə mərkəzinin məlumat verdiyini etiraf etdilər.
Sevastopol yaxınlığındakı bölmələr məhv edildi. Həlak olan hərbçilərin sayı 23 nəfər göstərilir. Onların hərbçilərin məhvini tanıması çox vacibdir və onların arasında yüksək rütbəli zabitlər də var. Bu, Ukrayna Silahlı Qüvvələrinin həyata keçirdiyi hücumların effektiv olduğunu deməyə əsas verir.
Bu gün rusların elektron müharibəsinin əsas elementləri zədələndiyi üçün onların hava hücumundan müdafiəsi zəifləyib. Rusiya hərbi analitikləri, Ukrayna qüvvələrinin məhz bu günlərdə Rusiyanın hava hücumundan müdafiə qüvvələrinin imkanlarını nəzərəçarpacaq dərəcədə zəifləməsindən istifadə edə biləcəklərini yazırlar.
Qeyd edilməlidir ki, ukraynalılar yanvarın 3-də Belbek hava limanına da hücum etmişdilər.
Xatırladaq ki, Belbek hazırda Rusiya Qara Dəniz Donanmasının əsas hərbi obyektlərindən biridir. Və onun əsas məqsədi Qara dəniz donanması ilə bağlı hərbi məqsədlər və necə deyərlər, Sevastopol şəhərinin müdafiəsidir. Şübhə yoxdur ki, bu obyekt bundan sonra da Ukrayna raketlərinin və digər silahların atıldığı yer olaraq qalacaq.
Çünki Ukrayna Silahlı Qüvvələrinin əsas məqsədi və vəzifəsi hava hücumundan müdafiə sistemlərini, logistika və hərbi infrastrukturu məhv etməkdir. Məhz bu mənada Belbek aerodromunun prioritet hədəflər arasında olduğu aydındır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB