İranın səhiyyə naziri partlayışlarda 95 nəfərin öldüyünü təsdiqləyib

İranın səhiyyə naziri partlayışlarda 95 nəfərin öldüyünü təsdiqləyib

İranın səhiyyə naziri Bəhram Eynullahi general Qasım Süleymaninin dəfn olunduğu Kirman şəhərində qəbiristanlıq yaxınlığında baş verən partlayışlar nəticəsində ölənlərin sayını açıqlayıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, nazirin sözlərinə görə, bugünkü hadisədə ölənlərin dəqiq sayı 95 nəfərdir.

Bundan əvvəl İran mediası 103 nəfərin öldüyünü və 211 nəfərin yaralandığını bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə