Prezident Ərdoğan 2023-cü ilin ixrac rəqəmlərini açıqlayıb

Prezident Rəcəb Tayyib Ərdoğan 2023-cü ilin ixrac rəqəmlərinin açıqlanması proqramında çıxış edib.
Prezident Ərdoğan 2023-cü ilin ixrac rəqəmlərini açıqlayıb

"İstehsal, məşğulluq və iqtisadi artımda güzəştə getmədən inflyasiyanı yenidən tək rəqəmlərə endirməyi hədəfləyirik".

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bunu Prezident Rəcəb Tayyib Ərdoğan 2023-cü ilin ixrac rəqəmlərinin açıqlanması proqramında etdiyi çıxışda deyib:

“Biz xarici siyasətimizi Türkiyenin mərkəzdə yerləşdiyi, lakin qlobal perspektivlə formalaşdırmışıq və bundan geri dönüş əsla olmayacaq".

2023-cü ilin ixracının keçən il ilə müqayisədə 0,6 faiz artaraq 255 milyard 809 milyon dollara çatdığını və Cümhuriyyət tarixində rekord qırdığını ifadə edən Ərdoğan ən yüksək ixrac rəqəminin iyul, avqust, oktyabr, nopyabr və dekabr aylarında əldə edildiyini xatırladıb:

"2023-cü ilin oktyabr ayı etibarilə illik xidmət ixracı 99 milyard 254 milyon dollara çataraq tarixi rekord səviyyəyə çatıb".

Dövlət başçısı ixracatçılara dəstəyin bundan sonra da davam edəcəyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə