Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstin üzrə xüsusi məruzəçisi Francesca Albanese oktyabrın 7-dən etibarən Qəzza zolağına hücumlarını davam etdirən İsrail qüvvələrinə verilən göstərişin "Qəzzanı dağıdıb, burada məskunlaşmaq" olduğunu bildirib.
ABŞ mərkəzli "Demokratiya indi" internet saytına açıqlama verən F.Albanese deyib: “İsrailin Qəzzaya quru işğalı planı tədricən ortaya çıxdı. İsrailli siyasətçilərdən və komandirlərdən fələstinlilərin Qəzzanı tərk etmələri barədə açıqlamalar eşitdik. Onlara əvvəlcə cənuba, sonra daha da cənuba getmələrini söyləyiblər. Ancaq Qəzza zolağına girən İsrail əsgərlərindən onlara "bölgəni dağıdıb yerləşmə" təlimatı verildiyini öyrəndik. Zaman keçdikcə hökumətin planı getdikcə daha aydın görünür: Qəzzanı geri almaq, onu yenidən işğal etmək və İsrail ərazisinə çevirmək.
İsrailin Qəzza planı dəlilik və qeyri-qanunidir. Bu, yeni deyil: məcburən köç etdirmək İsrailin Qəzza və İordan çayının qərb sahilindəki işğalının xarakterinin bir xüsusiyyətidir.
İsrailin fələstinlilərin Qəzzadan məcburi köçü beynəlxalq ictimaiyyət tərəfindən dayandırılmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB