Xidmətdən qaçma halları tarixində rekord..?

Xidmətdən qaçma halları tarixində rekord..?

...Ötən il Rusiya məhkəmələrinə hərbi hissələrin icazəsiz tərk edilməsi ilə bağlı beş mindən çox iş daxil olub.

SİA-nın əldə etdiyi məlumata görə, Mediazona bu barədə dekabrın 29-na olan məhkəmə məlumatlarını təhlil edərək xəbər yayıb.

Jurnalistlərin aydınlaşdırdığı kimi, bu maddə üzrə 5024 işin mütləq əksəriyyəti - 5006-sı cinayət cəzalarının sərtləşdirildiyi 2022-ci ilin sentyabrında səfərbərliyə başlandıqdan sonra törədilmiş xidmətdən yayınma ilə bağlıdır. Fərarilik ilə bağlı daha sərt maddəyə əsasən, 2023-cü ildə 148 iş məhkəmələrə göndərilib. 2023-cü ildə məhkəməyə göndərilən daha 421 iş əmrin icra edilməməsi ilə bağlıdır.

Mediazona analitikləri iddia edirlər ki, bu sayda xidmətdən qaçma halları tarixi rekorda çevrilib. 2022-ci ildə, Rusiya Ukraynanı işğal edərkən, bir il əvvəl 615 ilə müqayisədə yalnız 1001 iş məhkəməyə göndərilib.

Jurnalistlər onu da vurğulayırlar ki, bu cür işlərdə artıq çıxarılan hökmlərin əhəmiyyətli bir hissəsi təxirə salınır ki, hərbçi yenidən cəbhəyə göndərilə bilsin.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə