Rusiya Ədliyyə Nazirliyi il ərzində 50 təşkilatı “arzuolunmaz” kimi tanıyıb
2023-cü ildə Rusiya Ədliyyə Nazirliyi 50 təşkilatı “arzuolunmaz” təşkilatların reyestrinə daxil edib. Bu, 2022-ci il üçün göstəricidən iki dəfə çoxdur – o zaman 23 təşkilat “arzuolunmaz” kimi tanınıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Vorstka” yayıb.
Ümumilikdə reyestrdə 122 təşkilat var: onlardan üçdə biri siyasi fəaliyyətlə və demokratik təsisatların dəstəklənməsi ilə, daha 24-ü mədəni-maarifçilik fəaliyyəti ilə, 19-u isə dini qurumlardır.
Reyestrdə dördüncü yeri KİV və jurnalist fəaliyyəti ilə bağlı strukturlar - 14 təşkilat tutur.
Qeyd edək ki, Rusiyada arzuolunmaz təşkilatlar haqqında qanun 2015-ci ildən qüvvədədir. Ölkədə səlahiyyətli orqanların müvafiq reyestrə daxil etdiyi strukturların işi qadağandır.
Arzuolunmaz təşkilatın fəaliyyətində iştirak etmək 500 min rubla qədər cərimə, təkrar insident halında isə dörd ilə qədər həbs cəzası ilə cəzalandırılır.
Eyni zamanda, konkret olaraq nəyin iştirak sayıla biləcəyinin ifadəsi qanunda qeyri-müəyyəndir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB