Fransa İctimai Rəy İnstitutu və CorioLink kommunikasiya agentliyinin sorğusuna qatılan fransızların böyük əksəriyyəti ölkənin hazırkı prezidenti Emmanuellə deyil, ifrat sağçı Milli Ralli partiyasının rəhbəri Mari Le Pen ilə pivə içməyə üstünlük verdiklərini bildiriblər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, nəticələr ifop saytında dərc olunur.
“Beer Test” sorğusunun nəticələrinə görə, fransızlar ən çox keçmiş baş nazir Eduard Filip (37 faiz), Mari Le Pen (35 faiz) və hazırkı Fransa təhsil naziri (34 faiz) ilə görüşmək istərdilər. Tədqiqat iştirakçılarının yalnız 28 faizi Makronun lehinə olublar.
Qeyd olunur ki, bu sorğunun mövcud olduğu altı il ərzində Mari Le Pen respondentlər arasında 10 faiz bəndi toplayaraq əhəmiyyətli irəliləyiş əldə edib. Eyni zamanda, 2017-ci ildə Makron onunla bir stəkan köpüklü içki içərək görüşmək istəyən Fransa vətəndaşlarının 44 faiz səsinin dəstəyini qazanıb ki, bu da onun seçicilər tərəfindən dəstəyinin xeyli azaldığını göstərir.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Rusiya ilə Fransa arasında yaxşı işgüzar münasibətlərin olduğunu desə də, Fransa lideri Emmanuel Makron onları pozub(?).
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB